Mart 20, 2023 17:55 Asia/Baku
  • Barselona “El Klasiko”nun qalibi oldu

Barselona La-Liqa yarışlarının 26-cı həftəsində “Real Madrid”i məğlub etməklə bu çempionatdakı birinciliyinə zəmin yaradıb.

SəhərAzəri-nin məlumatına əsasən, Barselona və “Real Madrid” klublarının görüşü bazar günü “Kamp Nou” stadionunda keçirilib.

Görüş iki-bir hesabı ilə Barselona-nın xeyrinə qurtarıb.

Bu nəticə ilə xallarının sayı altmış səkkizə çatan Barselona ikinci pillədə duran “Real Madrid”-dən on iki xal uzaqlaşıb və La Liqa çempionatınn başa çatmasına səkkiz həftə qalmış, Javinin yetirmələri bu yarışlarda çempionluq yolunda iri addım atmış olublar.

La Liqa-nın digər oyunlarının birində dünən gecə “Real Betis” bir-sıfır hesabı ilə Mayorka-nı məğlub edib.

Osasuna sıfır-üç hesabı ilə Vilyarreal-a məğlub olub.

Real Sosyedad” iki-sıfır hesabı ilə Elçe səddini keçib”.

Xetafe də həmin hesabla Sevilya-nı qarşısından götürüb.

 

Teqlər