Mart 22, 2023 03:06 Asia/Baku
  •  Mbappe Fransa millisinin kapitanı oldu

Kilian Mbappe Fransa millisinin yeni kapitanı seçilib.

SəhərAzəri-nin məlumatına əsasən, Fransa millisinin baş məşqçisi Didye Deşam bu ölkənin kapitanlığını Kilian Mbappeyə təhvil vermək qərarına gəlib.

Dünya çempionatında möhtəşəm çıxış edən 24 yaşlı Fransa ulduzu, Huqo Llorisin təqaüdə çıxmasından sonra "Xoruzlar"ın kapitanı adını almağa hazırlaşır.

Lloris on ildən çox Fransa millisinin kapitanı və müdafiəçisi olub.

Qeyd edək ki, Fransa millisində Antuan Qrizman, Rafael Varan kimi ulduzlar olsa da, Deşam bu nişanı Mbappeyə vermək qərarına gəlib.

Fransa Avro-2024-ün seçmə mərhələsində cümə günü Hollandiyanı qəbul edəcək və Mbappe bu oyunda ilk dəfə ölkəsinin futbol komandasının kapitanı olacaq.

Teqlər