May 06, 2023 19:34 Asia/Baku
  • İran eşitmə qabiliyyəti olmayanlarin futzal yarişlarinin yarimfinalinda

Eşitmə qabiliyyəti olmayanların Asiya və Okeaniya üzrə futzal yarışlarında İran, yarımfinala çıxıb

SəhərAzəri-nin məlumatına görə, İranın eşitmə qabiliyyəti olmayan kişilərdən ibarət futzal komandası Çin yığması üzərində iyirmi doqquz-sıfır hesablı qətiyyətli qələbə ilə/ dördüncü Asiya və Okeaniya üzrə futzal yarışlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Yarışların qrup mərhələsinin sonuncu günündə dörd görüş keçirilib. Sonda İran, İraq, Yaponiya və Küveyt komandaları yarımfinala yüksəliblər.

Yarışların sabah keçiriləcək yarımfinal mərhələsində İraq və Küveyt komandaları Bakı vaxtı ilə saat on altı-sıfır-sıfırda görüşəcəklər. Saat on doqquz-sıfır-sıfırda isə İran və Yaponiya yığmaları qarşılaşacaqlar.

 

Teqlər