May 09, 2023 20:48 Asia/Baku
  • Argentina millisi və Messi 2023-cü ilin ən yaxşıları mükafatına sahib çıxıblar
    Argentina millisi və Messi 2023-cü ilin ən yaxşıları mükafatına sahib çıxıblar

Argentina milli futbol komandası bu komandanın kapitanı Lionel Messi ilə yanaşı, iki min iyirmi üçüncü ilin ən yaxşıları mükafatı- Laureus-a sahib çıxıblar.

SəhərAzəri-nin məlumatına görə,Laureus mükafatının builki təqdimat mərasimində Lionel Messi iki min iyirmi üçüncü ilin ən yaxşı idmançısı mükafatını əldə edib. Həmçinin Argentina milli futbol komandası iki min iyirmi üçüncü ilin ən yaxşı komandası seçilib.

Mərasimin davamında yüz metr məsafəyə qaçış üzrə dünya çempionu, yamaykalı Şelli-Enn Freyzer-Prays iki min iyirmi üçüncü ilin ən yaxşı qadın idmançısı adına layiq görülüb.

İspaniyalı tennisçi Karlos Alkaras Qarfiya da iki min iyirmi üçüncü ilin ən yaxşı nailiyyəti mükafatını əldə edib.

 

Teqlər