İran dünya paraatletika üzrə ikinci medalı qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i401630-İran_dünya_paraatletika_üzrə_ikinci_medalı_qazandı
Əmir Xosrovani dünya çempionatının paraatletika üzrə yarışında İrana ikinci medalını gətirərək 2024-cü ildə Parisdə keçiriləcək Paralimpiya Oyunları üçün vəsiqə qazanıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2023 16:05 Asia/Baku
  • İran dünya paraatletika üzrə ikinci medalı qazandı

Əmir Xosrovani dünya çempionatının paraatletika üzrə yarışında İrana ikinci medalını gətirərək 2024-cü ildə Parisdə keçiriləcək Paralimpiya Oyunları üçün vəsiqə qazanıb

Fransada Paris şəhərinin ev sahiblik etdiyi paraatletika üzrə 10-cu dünya çempionatı keçirilir.
Məlumat görə, dünya çempionatının dördüncü günündə T12 dərəcəli uzunluğa tullanma yarışı keçirilib və İran milli komandası Əmir Xosrovani Özbəkistan, Azərbaycan (2 nəfər), Yaponiya, Almaniya, Argentina, İsveç (2 nəfər), Keniya  və Malayziyadan olan rəqibləri ilə yarışıb.
2020-ci il Tokio Paralimpiya Oyunlarında 7,21 metrlik rekordla qızıl medal qazanan Xosrovani bugünkü yarışın sonunda ikinci tullanmada 7,26 metrlik rekordla gümüş medal qazanaraq ikinciliyi əldə edərək Paris Paralimpiya Oyunlarına vəsiqə qazanıb.