Sen 27, 2023 20:59 Asia/Baku
  • Ronaldo Asiyada Amerikadakı Messidən daha yaxşı çıxış edir

İki futbol əfsanəsinin Amerika və Səudiyyə Ərəbistanındakı statistikası müqayisə edilib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Argentinanın super ulduzu Lionel Messi bu günlərdə "İnter Mayami" ilə birlikdə Amerika Futbol Liqasında parlayır. Qarşı tərəfdə Portuqaliya əfsanəsi Criştiano Ronaldo Səudiyyə Liqasında Ən-Nəsr üçün parlayır.

Bu iki super ulduzun Amerika və Asiyada statistikasına nəzər saldıqda, onların hələ də bir-biri ilə sıx rəqabətdə olduqlarını və bir-birləri ilə rəqabətdən əl çəkmədiklərini görürük.

Messi bu mövsüm Amerikada "İnter Mayami"nin heyətində 12 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Qarşı tərəfdə Ronaldo, Səudiyyə Ərəbistanı Liqasında "Ən-Nəsr"lə 6 oyun keçirib, 9 qol vurub, 4 məhsuldar ötürmə edib.

Ronaldo 6 oyunda 13 qolun vurulmasında iştirak edib, Messi isə 12 oyunda 16 qolun vurulmasında təsirli olub.

Oyunların sayını nəzərə alaraq, Ronaldo qol və ötürmə baxımından Messidən daha yaxşı performans göstərib.

Teqlər