Amerikaya güvən sual altına düşdü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i423124-amerikaya_güvən_sual_altına_düşdü
"New York Times" qəzeti xəbər verir ki, ABŞ-nin təhlükəsizlik zəmanətlərini qeyri-kafi hesab edən Fars Körfəzi ölkələri alternativ həll yolları, o cümlədən İranla birbaşa diplomatiyanı nəzərdən keçirirlər.
(last modified 2026-09-19T10:43:23+00:00 )
Sen 19, 2026 14:24 Asia/Baku
  •  Amerikaya güvən sual altına düşdü

"New York Times" qəzeti xəbər verir ki, ABŞ-nin təhlükəsizlik zəmanətlərini qeyri-kafi hesab edən Fars Körfəzi ölkələri alternativ həll yolları, o cümlədən İranla birbaşa diplomatiyanı nəzərdən keçirirlər.

Amerika "New York Times" qəzeti qeyd edir ki, Fars Körfəzi ölkələri uzun müddət ABŞ-nin təhlükəsizlik zəmanətlərinə arxalanıblar. Lakin altı aydan çox davam edən raket və dron hücumları bu təhlükəsizlik çətirinin çatışmazlıqlarını üzə çıxarıb. Məlumata görə, həmin ölkələrin rəsmiləri hazırda İranla birbaşa diplomatiyanın gücləndirilməsi kimi alternativ təhlükəsizlik tədbirlərini müzakirə edirlər. "New York Times" Fars Körfəzi ölkələrinin təhlükəsizlik sahəsindəki asılılığına nümunə olaraq uzun müddətdir ABŞ-nin bölgədəki ən böyük hərbi-dəniz bazasına ev sahibliyi edən Bəhreyni göstərək, hücumlar zamanı həmin bazaya da ciddi ziyan dəydiyini bildirib.