Okt 05, 2023 15:46 Asia/Baku
  • UEFA Çempionlar Liqası;

UEFA Çempionlar Liqasında "Barselona" klubu iranlı legioner Tareminin çıxış etdiyi "Portu" klubuna qalib gəlib.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində 6 oyun eyni zamanda keçirilib ki, onların ən önəmlisində İspaniyanın "Barselona" klubu 1-0 hesabı ilə iranlı legioner Mehdi Tareminin çıxış etdiyi Portuqaliyanın "Portu" klubuna qalib gəlib. İngiltərənin "Mançester Siti" klubu isə çətin bir oyunda 3-1 hesabı ilə Almaniyanın "Leypziq" klubuna qalib gəlib. 

Portu-Barselona matçında Mehdi Taremi Portuqaliya yığmasının sabit heyətində yer alıb və 85 dəqiqə meydanda olub. O, oyunda göeməli bir qol da vurub ki, ofsayd səbəbindən rədd edilib. 

Digər tərəfdən, İngiltərə təmsilçisi "Nyukasl" doğma meydanda Fransanın PSJ klubuna qarşı şedevr yaradıb və Mbappenin komanda yoldaşlarını 4-1 hesabı ilə məğlub edib. İkinci turun digər bir əhəmiyyətli matçında Almaniyanın "Dortmund" klubu İtaliya "Milan"ı ilə qolsuz bərabərliyə razılaşıb. 

Teqlər