Dek 04, 2023 17:11 Asia/Baku
  • Liverpul məğlubiyyətini qələbəyə çevirdi

Dünən İngiltərə premyer-liqasında on dördüncü həftənin oyunlarından dörd görüş keçirilib.

Ən mühüm və həssas matç, Liverpul ilə Fulam arasında keçirilib.

Bu həyəcanla dolu oyunun son dəqiqələrinədək rəqibindən geri qalan Liverpul yadda qalan bir qayıdışla dörd-üç hesabı ilə üstünlük qazanıb.

Digər görüşdə, ötənhəftəki oyunda Nyukasl klubuna böyük hesabla məğlub olan Çelsi komandası Stemford-Bric stadionunda Brayton klubunu üç-iki hesabı ilə məğlub edib.

Çelsi bu qələbə ilə xallarının sayını on doqquza çatdırıb və yarış cədvəlində onuncu olub. Brayton isə iyirmi iki xalla səkkizincidir.

 

Teqlər