Bu gecə "Leylətul-rəğaib" gecəsidir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i407664-bu_gecə_leylətul_rəğaib_gecəsidir
Rəcəb ayının birinci cümə gecəsi “Leylətul-rəğaib” adlanır. Bu gecənin çox fəzilət və üstünlüyü vardır. Peyğəmbərdən (s) bu gecə üçün xüsusi əməllər nəql olunmuşdur. Bu gecə səbəbilə neçə-neçə günahkarlar bağışlanmış olar.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 18, 2024 15:48 Asia/Baku
  • Bu gecə

Rəcəb ayının birinci cümə gecəsi “Leylətul-rəğaib” adlanır. Bu gecənin çox fəzilət və üstünlüyü vardır. Peyğəmbərdən (s) bu gecə üçün xüsusi əməllər nəql olunmuşdur. Bu gecə səbəbilə neçə-neçə günahkarlar bağışlanmış olar.

Həzrət Peyğəmbər (s) buyurur: ”Rəcəb ayının ilk cümə axşamı gününü unutmayın. Mələklər bu gecəni "Leylətül-rəğaib" deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır".Bu gecənin əməllərindən biri də on iki rükətlik namazdır. Kim bu namazı qılsa Allah Təala o kimsənin qəbrinin ilk gecəsində bu namazı ən gözəl surətdə, açıq və parlaq üzlə onun yanına göndərər.