"Qarabağ" - "Bayer" matçı 2:2 hesabı ilə başa çatıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i409162-qarabağ_bayer_matçı_2_2_hesabı_ilə_başa_çatıb
Martın 7-də Avropa Liqasının 1/8 final mərhələsinin Bakıda keçirilən ilk matçında «Qarabağ» FK Almaniyanın “Bayer” komandası ilə 2:2 hesablı heç-heçə nəticəsi əldə edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 08, 2024 08:06 Asia/Baku

Martın 7-də Avropa Liqasının 1/8 final mərhələsinin Bakıda keçirilən ilk matçında «Qarabağ» FK Almaniyanın “Bayer” komandası ilə 2:2 hesablı heç-heçə nəticəsi əldə edib.

İlk hissə "Qarabağ"ın tam üstünlüyü ilə keçdi.

24-cü dəqiqədə Juninyonun zərbəsini “Bayer”in qapıçısı dəf edib.

2 dəqiqə sonra  Juninyonun ötürməsindən  faydalanan Yasin Benzia qonaqların qapısına qol vurub.

Birinci hissənin sonunda Juninyo meydanın mərkəzindən uzun reyd edərək 2-ci qolu vurub.

İkinci hissədə qonaqlar təşəbbüsü ələ keçiriblər.

71-ci dəqiqədə "Qarabağ"lıların səhvindən sonra Wirtz hesabdakı fərqi azaldıb.

90+2-də "Qarabağ"ın cərimə meydançasına ötürməsindən sonra Şik hesabı bərabərləşdirib.

Cavab oyunu martın 14-də Almaniyada keçiriləcək.