Bu gün Futbol üzrə Avropa çempionatı start götürür
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i411939-bu_gün_futbol_üzrə_avropa_çempionatı_start_götürür
Bu gün Almaniyada futbol üzrə XVII Avropa çempionatına start veriləcək. A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşacaq.
(last modified 2024-06-14T08:19:52+00:00 )
İyun 14, 2024 12:13 Asia/Baku
  • Bu gün Futbol üzrə Avropa çempionatı start götürür

Bu gün Almaniyada futbol üzrə XVII Avropa çempionatına start veriləcək. A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşacaq.

Münhendəki "Allianz Arena"da baş tutacaq görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.

Oyunun start fiti saat 23:00-da səslənəcək.

Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.