May 30, 2025 11:16 Asia/Baku
  • Kubok yarışlarının finalı; «İstiqlal» 120-ci dəqiqədə kuboka sahib çıxdı

«Mələvan»ı məğlub edən «İstiqlal» klubu İran futbol klublarının kubok yarışlarının qalibi oldu.

Tehranın «İstiqlal» və Ənzəlinin «Mələvan» klubları dünən gecə Ərak şəhərinin İmam Xomeyni(r.ə.) adına stadionunda İran futbol klublarının kubok yarışlarının finalında qarşılaşdılar.

İran Preymyer Liqasının iyirmi dördüncü mövsümünü öz tarixinin ən çətin və ən pis mövsümlərindən biri kimi arxada qoyan «İstiqlal» klubu bütün keçmiş acı günlərin əvəzini çıxmaq və azarkeşlərini yenidən sevindirmək üçün kubok yarışlarında uğur qazanmağı qarşısına məqsəd qoymuşdu.

Bu məqsəd reallaşdı. «İstiqlal» Ruzbeh Çeşminin yüz iyirminci dəqiqədə vurduğu qələbə qolu ilə bir-sıfır hesabı ilə yarışların qalibi oldu və kuboka sahib çıxmaqla özünün çox çətin mövsümünü uğurla başa vurdu.