İranın gənclərdən ibarət sərbəst güləş komandası Asiya çempionu olub
İranın gənclərdən ibarət sərbəst güləş komandası dörd qızıl, iki gümüş və bir bürünc medalla Asiya çempionu olub.
Gənclərin sərbəst güləş üzrə Asiya çempionatı Iyulun on ikisi və on üçündə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilib və sonda İran komandası yeddi müxtəlif medalla yarışların birinciliyini qazanıb.
İran komandası üçün İbrahim İlahi yetmiş, Məhəmməd-Mehdi Məmivənd yetmiş dörd, Əbülfəzl Rəhmani səksən altı, Erfan Əlizadə doxsan yeddi kiloqram çəki dərəcələrində qızıl, Əbülfəzl Şəmsipur yetmiş doqquz və Tohid Nuri doxsan iki kiloqram çəki dərəcələrində gümüş, Ərşiya Həddadi isə əlli yeddi kiloqramda bürünc medal alıblar.
Komanda sıralamasında İran yüz yetmiş doqquz xalla çempion olub. Hindistan və Qazaxıstan komandaları isə yüz əlli yeddi və yüz otuz üç xalla müvafiq olaraq, ikinci və üçüncü olublar.