Avq 23, 2020 19:57 Asia/Baku
  • Həmas sionist rejimə xəbərdarlıq etdi

Həmas Qəzzənin mühasirəsinin davam etməsi və məntəqədə gərginliyin artmasına dair sionist rejimə xəbərdarlıq etdi.

Səhər Azəri bildirir ki, Həmas-ın rəhbər üzvlərindən Məşir Əl-Misri Qəzzə zolağında gərginliyin artmasına işarə edərək, İsrailin Qəzzənin mühasirəsinə son qoymayacağı təqdirdə mövcud vəziyyətin bir partlayışa doğru hərəkət edəcəyini deyib. 

Yerusəlim Post qəzetinin yazdığına görə, sionist rejimin tankları işğal edilmiş ərazilərə edilən raket hücumlarına cavab olaraq Həmas-ın yoxlama buraxılış məntəqələrini hədəfə alıblar. 

İsrail ordusunun sözçüsü Avixay Adrai cümə günü Qəzzə zolağından işğal edilmiş ərazilərə doğru raket atıldığını iddia edib.

Teqlər