Sen 19, 2020 07:56 Asia/Baku
  • Qüds və Qərb sahilində minlərlə fələstinli aksiya keçirib

Minlərlə fələstinli Əl-Əqsa məscidində və İordan çayının müxtəlif bölgələrində cümə namazından sonra aksiya keçirərək, BƏƏ və Bəhreynin sionist rejim ilə münasibətləri normallaşdırmasını qınayıb.

Səhər Azəri bildirir ki,  Fələstin xalqı bu aksiyada Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ilə sionist rejim arasındakı razılaşmanı kəskin şəkildə qınayıb.

Sionist rejim hərbçiləri də fələstinli etirazçılara hücum edərək, onlarla nəfəri saxlayıb və ya yaralayıblar.

BƏƏ və Bəhreynin xarici işlər nazirləri sentyabrın 15-də Fələstin xalqının amalına zidd olaraq, ABŞ prezidenti Donald Trampın iştirakı ilə sionist rejim ilə münasibətlərin normallaşdırılmasına dair razılaşmanı imzalayıblar.

Bu iki ölkənin bu hərəkəti İslam dünyasında geniş tənqidlərə tuş gəlib.

Fələstin İslami Müqavimət Hərəkatı Həmas məlum razılaşmanı təhlükəli və BƏƏ və Bəhreyn tərəfindən sionist rejimə fələstinlilərə qarşı törətdiyi cinayətlərə görə, verilən mükafat kimi dəyərləndirib. 

Son aylarda bəzi ərəb rejimlərinin İsrail rejimi ilə münasibətləri normallaşdırma prosesei intensivləşibdir. 

Ərəb rejimləri elə bir halda sionist rejimlə əlaqələri normallaşdırmağa can atırlar ki, bu rejim illərdir fələstinliləri repressiya etməklə yanaşı bir çox ərəb-İslam bölgəsini də işğal edib.

Teqlər