May 06, 2021 08:17 Asia/Baku
  • Qüds; İslam dünyasının heysiyyat məsələsi-TƏHLİL

Pandemiya şəraitində belə dünya müsəlmanları Fələstin xalqının amallarını unutmayacaq, onunla həmrəyliyini elan edəcəkdir.

SəhərAzəri 

Mübarək Ramazan ayının son cüməsinin İmam Xomeyni həzrətləri tərəfindən Beynəlxalq Qüds Günü adlandırılması dünyanın azadlıqsevər xalqlarını hərəkətə gətirdi. İlahi dinlərin ardıcılları xüsusən də müsəlmanlar Qüds və Fələstin məsələsində həssas olmağa başladılar və bu təşəbbüskarlıq faktiki olaraq Qüdsün himayə edilməsi naminə beynəlxalq üsyana yol açdı. İran İslam Respublikasının banisi İmam Xomeyni həzrətlərinin 1979-cu il avqust ayı belə bir əlamətdar qərarı çıxarması Sionist İsrail rejimi əleyhinə beynəlxalq rəy formalaşdırdı və o vaxtadək öz fəndləri ilə Sionist İsrailin ekspansionist hədəflərini reallaşdıran intriqalar zərbə altına düşdü .

Heç şübhəsiz İmam Xomeyni (r.ə)-in bu təşəbbüsü Fələstin xalqını himayə etməyin əhəmiyyətli yolu olaraq indi artıq təsbit olunub. Çünki dünya ictimaiyyətinin diqqətini Sionist rejimin cinayətlərinə və istilaçılıq cəhdlərinə yönəldib . Dünyada məzlum Fələstin xalqını himayə naminə başlanmış kampaniya fələstinli mübariz qrupları ruhlandırıb və onlar Sionist rejim bərabərində dünyadan dəstək görürlər . Məhz bu dəstəyin təsirlərini Fələstin xalqının 1987-ci il Qüds intifazəsində görmək çətin deyil idi. Əslində belə demək olarsa , Qüds Günü Sionist rejimə qarşı beynəlxalq etiraz günü olaraq cihanşümul bir prinsipə çevrilib. Bu baxımdan dünya ictimaiyyəti və müsəlman xalqlar bu möhtəşəm mərasimi beynəlxalq əlaqələrdə Fələstin xalqına dəstək kimi səciyyələndirir, Sionist dairələrin hiylələrini boşa çıxaran fürsət hesab edirlər.

Qüds günü həmçinin dünyаdа yаşаyаn аzаd insаnlаrа bu hаdisədə həqiqəti dərk еtmək üçün təqdim оlunаn ən dəyərli vаsitədir. Bu vаsitə ilə müsəlmаnlаr həmən günü tоplаnаrаq məzlum Fələstin хаlqının istismаrа məruz qаlаrаq tоrpаqlаrının işğаl altında qalmasına öz etirazlarını bildirir, haqqın yanında olduqlarını göstərirlər.

Əslində İran İs­lam İn­qi­la­bı­nın ba­ni­si İmam Xo­mey­ni (r) tərəfindən elan edilən Qüds Günündə mü­səlman­la­r ilk qiblə­ga­hları Qüd­sün iş­ğal­dan azad olun­ma­sı şü­ar­la­rı ilə bu mü­hüm ha­di­sə­ni qeyd edir­lər. Qüds günü öz torpaqlarından miyonlarla insanın didərgin düşdüyü, və eyni zamanda aralarında körpə, qoca, qadınların qətliamı baş vermiş xalqın fəryadına səs verilən bir gündür. Qüds günü təkcə Fələstin xalqını himaiyə rəmzi kimi qəbul olunmur, həm də bu gün zülmə məruz qalan bütün müsəlman və ya qeyri-müsəlman vicdan sahiblərinin, azadsevər insanların cəbhəsi sayılır.

 

Teqlər