«Qüds qalxanı» sionist rejim üçün bir təhdiddir
Əlqəssam batalyonları «Qüds qalxanı» hərbi təlimləri keçirməklə sionist rejimin vücudunu lərzəyə gətirib.
Qəsbkarların Qəzzə zolağı sərhədlərindəki hərbi təlimlərinin artdığı bir şəraitdə Əlqəssam batalyonları «Qüds qalxanı» hərbi təlimləri barədə görüntülər yayıb.
Bu hərbi təlimlərin hazırkı zamanda keçirilməsi bir çox mesaja, o sıradan işğalçı rejimə ünvanlanan meydan mesajına malikdir. Zira bu təlimlərdə Əlqəssam batalyonlarının müxtəlif ixtisaslarının təqdimatı olub. Bu təlimlərdə ilk dəfə olaraq, sionist əsgərlərin oğurlanması tərzi işlənib hazırlanıb.
Həmas hərəkatının sözçüsü- Hazim Qasim deyir: Bu təlimin keçirilməsi hərbi və təhlükəsizliyin artırılması ilə yanaşı, qəsbkarlara bu mesajı göndərir ki; Əlqəssam batalyonları öz sərhədlərində düşmənin bütün hərəkətlərini nəzarətdə saxlayır və işğalçı rejimin müqavimət qarşısında hər hansı bir hərbi nailiyyət əldə etməsinə icazə verməyəcək.
Bu təlimlər işğalçı ordunun başçıları üçün bir çox şifrəli mesaja malikdir. Digər tərəfdən, təlimlərin Fələstin xalqı üçün mühüm bir mesajı var. Belə ki, müqavimət Fələstini müdafiə səlahiyyətinə malikdir və müqavimətin müjdə gətirəcəyi qəfil hərəkət dostu sevindirib, düşməni dəhşətə gətirəcəkdir.
Fələstin müqaviməti «Beytülmüqəddəs qalxanı» hərbi təlimləri vasitəsilə işğalçılara aydın bir mesaj göndərir ki, hər bir təcavüzü dəf etməyə hazırdır və müqavimətin bütün müttəfiqlərinə deyir ki, müqavimət həmişəkindən daha güclü olubdur.