Cenində fələstinli döyüşçülərlə sionist hərbçilər arasında toqquşma baş verib
Fələstinli döyüşçülər bu gün səhər qərb sahilində yerləşən Cenin düşərgəsinə basqın etmiş sionist rejim hərbçilərilə toqquşublar.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatının hərbi qolu- «Səraya əl-Qüds»un tabeliyində olan «Cenin» batalyonu bildiribdir ki, batalyonun döyüşçüləri sionist rejimin hərbi qüvvələri və avtomobillərini atəşə tutmağı bacarıb və bir neçə istiqamətdə onların yolunda bomba partladıblar ki, bu da sionist hərbçilər arasında tələfata səbəb olubdur.
Sionist rejim mənbələri də deyiblər ki, fələstinli mübarizlərlə toqquşmada azı beş sionist hərbçi yaralanıb. Sionist rejim ordusu toqquşmaların kəskinləşməsinin ardınca «Apaçi» helikopterlərini Cenin səmasına qaldırıb.
Eyni zamanda, Fələstin səhiyyə nazirliyi bildiribdir ki, sionistlərin Cenin düşərgəsinə basqını zamanı on səkkiz fələstinli yaralanıb; onlardan dörd nəfərin vəziyyəti ağırdır.
İşğal edilmiş ərazilərin hazırkı şəraiti xüsusən qərb sahilndə son dərəcə özəldir. Fələstinli döyüşçülər hər bir vasitə ilə sionistlərin saysız-hesabsız cinayətlərinin cavabını verirlər. Elə bu məsələ qəsbkar sionistlər üçün özəl şərait yaradıbdır.
Əgər bundan öncəyədək sionistlər işğal edilmiş ərazilərin təkcə cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə toqquşurdularsa, hal-hazırda Fələstinin şərqində yerləşən qərb sahili onun gənclərinin silahlanmalarına görə, sionistlər üçün tələyə çevrilib və onların şirin yuxularını pozubdur.