Sionist rejim məzlum fələstinlilərə qarşı basqılarını davam etdirir
Bu ilin əvvəlindən 4400 fələstinli həbs edilib
Terrorçu İsrail rejimi bu ilin əvvəlindən 4400 fələstinli həbs edilib
Fələstinli Məhbuslara Dəstək Klubunun yaydığı hesabata görə, bu ilin əvvəlindən işğalçı rejim tərəfindən həbs edilən fələstinlilərin sayı 4400-dən çox olub.
Klub saxlanılanlar arasında 619 uşaq və 78 qadın olduğunu da qeyd edib.
Bu hesabat göstərir ki, sionist rejim bu il fələstinlilərə qarşı iki minə yaxın həbs qərarı verib ki, bu da onlara qarşı qəddar cinayətlərin nümunəsidir.
Fələstinli Məhbuslara Dəstək Klubu sionist rejimin fələstinlilərə qarşı törətdiyi cinayət və təzyiq növlərini vurğulayaraq bildirib: “Haqqında həbs qərarı çıxarılanların sayı 1200 nəfərə çatıb. Bu da İntifazə dövründən bəri görünməmiş bir göstəricidir.”
Qurum qeyd edib ki, fələstinlilərin sıxışdırılmasında sistematik siyasətin ən görkəmli formalarından biri həbsdir və cari ildə bunun nəzərəçarpacaq dərəcədə artdığını müşahidə edirik. Bu il təkcə həbslərin sayının artmasını deyil, həm də məhbuslara qarşı törədilən hər cür cinayətlərin intensivləşməsini görürük. Bu, onu göstərir ki, sionist rejim bu cinayətləri ilə öz işğalına qarşı hər cür müqavimət və mübarizəni məhv etməyə çalışır.