Netanyahuya qarşı aksiyalar 32-ci həftəyə çatdı
Qəsb edilmiş ərazilərin sakinləri dünən axşam 32-ci həftə dalbadal sionist rejimin baş naziri Benyamin Netanyahuya və onun məhkəmə islahatları layihəsinə qarşı aksiya keçiriblər.
Etirazçı sionistlər sözügedən qalmaqallı layihənin qəbul edilməsi prosesinin tamamilə dayandırılmasını tələb ediblər.Aksiya zamanı sionist rejim polisi sionistsakinli qəsəbələrdəki küçələrin bir çoxunu bağlayıb. Nəticədə həmin küçələrdə avtomobillərin hərəkəti problemlə üzləşib.Ötən həftələrdə bu aksiyaların keçirilməsi zamanı bəzi sionist siyasətçilər, sionist rejimin keçmiş və hazırkı təhlükəsizlik komandirləri etirazçılar sırasına qoşulublar.Benyamin Netanyahunun məhkəmə islahatları layihəsinin mühüm hissəsinin sionist rejim parlamenti- knesset tərəfindən qəbul olunması, qəsb edilmiş ərazilərdəki etiraz dalğasını genişləndirib. Etirazlar həmin rejimin hərbi bölmələrindən bir çoxuna sirayət edib və sionist rejim ordusunun hərbçilərindən bəzilərinin xidməti tərk etmələrilə müşayiət olunub. Sionistlərin etiraflarına görə, bu məsələ, sözügedən ordu üzərində bir çox mənfi təsir buraxa bilər.