Sionist xunta rejimin Fələstin xaqlına qarşı soyqırımı
Sionist rejim özünün yaradıldığı elə ilk gündən etibarən Qəzzənin məzlum əhalisinə qarşı olmazın cinayətlərə əl atması, müxtəlif qətliamların törədilməsi, qanlı hadisələrin sifarişi bu günümüzə kimi durmaq bilməmişdir.
Xunta rejiminin mahiyyəti müsəlman xalqlarının əsir edilməsi, onların sərvətlərinin talanı, haqq-ədalət çağırışını edən hər kəsin susdurulması, dövlətlərin basqı altında hər tələbə cavab verməsi kimi mənfur niyyətlərdən ibarətdir. Bunun ən bariz nümunəsini günümüzdə bütün dünya ictimaiyyətinin gözü qrşısında minlərcə ton bombanın günahsız Qəzzə xalqının başına yağdırılmasında və olmazın cinayətlərin bu məzlum xalqa etməsində görürük. Təəssüflər olsun ki, etnik təmizləmə, ifratçı və irqçi rejimin dayanmadan əl atdığı qətliamlardan yalnız bir məqsəd güdülür. Xalqın öz yurd-yuvalarından didərgin salınması, onlara qarşı amansız divan tutaraq öz vətənlərindən sürgün edilməsi, heç bir günahı olmayan əhalinin kütləvi qırğına qurban verilməsi sözsüz ki, bu məqsədin əsas özəyini təşkil edir. Lakin məsələnin köklü problemi bununla bitmədiyini görürük. Hazırda müqavimət cəbhəsinin bütün gücü ilə səhnəyə gəlmə səbəbini araşdırdıqda regionda baş verən hadisələri dəqiq görmək bir o qədər də çətin olmur. Qərbi Asiya regionunda yerləşən ölkələr yaxşı başa düşür ki, Qəzzə məsələsi onların ən önəmli və olduqca zəif nöqtəsidir. Çünki burda təkcə xalqdan, ərazilərdən, siaysi quruluşdan söhbət getmir. Müqəddəs Qüdsün amalı uğrunda hər bir müsəlmanın can atacağı bir məsələ əlbətdə ki, heç bir dövlətin önəmsəmədiyi bir meyar sayılmaz. Artıq məntəqə ölkələri bunu yaxşı başa düşür ki, onların Qüds kimi müqəddəs bir dəyərə sahib olduqları halda onun zorakılıq, qəsbkarlıq, hədə-qorxu qarşısında əldən verilməsi sözsüz ki, növbəti qətliam və cinayətin onlara qarşı görüləcyi qaçılmaz olacaq. Bütün bunlarla yanaşı ən önəmli məsəslə müsəlmanların öz yurduna-yuvasına sahib çıxmazdan öncə sahib olduqları dəyərlərinə tam sadiq qalmasıdır. Əlbətdə bu dəyərlərin tanıdılması uğrunda mübarizə elə günümüzdəki qətliamların əsas səbəbi olduğunu deməyə imkan verir.