Okt 22, 2023 19:03 Asia/Baku
  • Avropada ifadə azadlığı varmı?

Dünyaca məşhur pianoçu Fazıl Sayın İsveçrədəki konsertləri Fələstinə dəstək paylaşımlarına görə ləğv olunub.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, pianoçunun oktyabrın 23, 24, 25 və 26-da Sürix, Bern, Cenevrə və İsveçrənin Luzern şəhərlərində keçirilməsi planlaşdırılan konsertlərinin ləğv edildiyi bildirilib.

Fazıl bununla bağlı sosial media hesabında paylaşım edib. O bildirib ki, "Migros" şirkətinin rəsmiləri onun konsertlərini İsrail-Fələstin münaqişəsi ilə bağlı yayımladığı fikirlərə görə ləğv edib:

"Bütün yazılarım heç bir dəyişiklik olmadan sosial mediamda qalır. Sülh tərəfdarıyam, paylaşımlarım da bu istiqamətdə olub. Yazmışdım ki, Netanyahunun gələcəyi olmayan müharibə siyasətini çox yanlış və cinayət hesab edirəm. Vurğuladım ki, Avropada ifadə azadlığına etibar etmək olar, heç bir qaranlıq və ya anlayışsızlıq olmayacaq. Bu narahatedici hadisə mənim inamımı sarsıtdı",-Piyanoçu deyib.

 Qeyd edək ki, müxtəlif Avropa ölkələrində vaxtaşırı olaraq Qurani-kərim nümayişkaranə şəkildə yandırılır və 2 milyad müsəlmanın buna etirazına rəğmən Avropalılar bunu ifadə azadlığı adlandıraraq ona qarşı heç bir önləyici tədbir görmürlər.

 

Teqlər