Sionist rejimin Qəzzəyə hücumlarında 57 müalicə kadrı şəhid olub
https://azeri.sahartv.ir/news/fələstin-i404784-sionist_rejimin_qəzzəyə_hücumlarında_57_müalicə_kadrı_şəhid_olub
Qəzzədə yerləşən Fələstin Səhiyyə Nazirliyi dünən gecə bildiribdir ki, sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək müalicə kadrından əlli yeddi nəfər şəhid olub, yüz nəfər də yaralanıbdır.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Okt 24, 2023 11:04 Asia/Baku
  • Sionist rejimin Qəzzəyə hücumlarında 57 müalicə kadrı şəhid olub

Qəzzədə yerləşən Fələstin Səhiyyə Nazirliyi dünən gecə bildiribdir ki, sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək müalicə kadrından əlli yeddi nəfər şəhid olub, yüz nəfər də yaralanıbdır.

Fələstin Səhiyyə Nazirliyi habelə xəbər veribdir ki, sionist rejimin səhiyyə mərkəzlərinə hücumu, eləcə də xəstəxanalarda yanacağın bitməsi,/ on iki xəstəxananın xidmət göstərməkdən kənarda qalmasına, otuz iki səhiyyə mərkəzinin də bağlanmasına bais olubdur.

Nazirliyin məlumatına görə, sionist rejimin Qəzzəyə hücumundan bəri/ beş min səksən yeddi fələstinli şəhid olub. Onların iki min əlli beş nəfəri uşaq, min yüz on doqquz nəfəri isə qadındır.