Netanyahuya qarşı aksiya polislə toqquşmaya gətirib çıxarıb
Dünən gecə sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı çıxanlar haqda xəbərlər yayan bu rejim mənbələri polisin müxaliflərlə toqquşması barədə görüntülər sərgiləyiblər.
Sionist rejim polisinin Netanyahuya qarşı çıxanlarla toqquşmasının fonunda qeyd edək ki, sionist əsirlərin ailələri dünən axşam Netanyahunun iqamətgahı qarşısına toplaşıblar. Onlar Netanyahudan tələb ediblər ki, Həmas-ın hərbi qolu olan Əl-Qəssam batalyonlarının saxladıqları sözügedən əsirlərin azad edilmələri üçün bir tədbir görsün.
Sionist əsirlərin ailələri həmçinin onların Təl-Əvivdə keçirilən aksiyasında iştirakından sonra sözügedən əsirlərin azadlığının təqib edilməsi işinin məsul şəxsi Qal Hireş-i qovub və ona qarşı «Ar olsun, sənə!» şüarı veriblər.
Fələstin müqavimətilə əsrilər mübadiləsi barədə razılaşma üzrə müzakirələr və siyasi məsullarla əlaqə saxlamaq haqda sionist əsirlər heyətinin başçıları arasında böyük ixtilaf və problemlər mövcuddur və bu məsullardan bəziləri öz vəzifələrindən istefa veriblər.
Bəzi informasiya qaynaqlarının dəyərləndirmələrinə görə, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, «Əl-Əqsa Tufanı» döyüşündə üç yüzə qədər sionisti əsir götürübdür.