ÜƏP Qəzzə uşaqları barədə şokedici xəbərdarlıq edib
Ümumdünya Ərzaq Proqramının direktoru şokedici bir ifadədə Qəzzə zolağındakı uşaqların vəziyyətinin ağırlığı barədə xəbərdarlıq edib.
Qəzzədə atalar bu gün öz uşaqlarını doyura biləcəkləri və ya onların sabahadək sağ qalacaqlarını bilmirlər- deyə, Sindi Makkeyn bildirib.
Makkeyn vurğulayıb: Təcili surətdə Qəzzəyə humanitar yardımların təhlükəsiz və geniş miqyasda çatdırılmasını istəyirik.
Bu istiqamətdə, Ümumdünya Səhiyyə Təşkilatı bir məlumatda belə qeyd edib: Biz oktyabrın yeddisindən bəri Qəzzədəki müalicə mərkəzlərinə qarşı yüzdən çox hücumu qeydə almışıq.
Məlumatda sonra deyilir: Sionist rejimin hücumlarının başlanmasından bəri şəhidlərin sayı on min nəfərə çatıbdır ki, bu miqdarın təqribən dörd min nəfəri uşaq, iki min beş yüz on nəfəri isə qadındır.