Fev 27, 2024 12:27 Asia/Baku
  • İsrail rejimi 400 fələstinli əsirin azad edilməsilə razılaşıb

Əlcəzirə telekanalı bu gün səhər saatlarında xəbər veribdir ki, İsrail rejimi dörd yüz fələstinli əsirin azad edilməsilə razılaşıb.

Adlarının gizli qalmasını istəyən mənbələr Əlcəzirə-yə deyiblər ki, uzunmüddətli məhkumluğa malik olan şəxslərin adları da azadlığa buraxılacaq əsirlərin adları arasında görünür.

Bu mənbələr qeyd ediblər ki, sözügedən dörd yüz əsirin azad edilməsi sionist rejimə məxsus olan qırx qadın və yaşlı əsirin sərbəst buraxılması qarşısında həyata keçəcək.

Ələrəbiyyə telekanalı bundan öncə bildirmişdi ki, Qətərin paytaxtı Doha, bazar ertəsi günü/ Qəzzədə atəşkəs barədəki danışıqların yeni raundunun keçirilməsinə ev sahibliyi edib. Danışıqlar/ Amerika, Misir və Qətərdən olan vasitəçilərin, həmçinin Həmas və sionist rejim nümayəndələrinin iştirakı ilə keçirilib.

Ələrəbiyyə/ müzakirələrdə məqsədi, sionist və fələstinli əsirlərin mübadiləsi və Qəzzə zolağında atəşkəs barədə razılaşmaya nail olmaq adlandırıb.