İyun 03, 2024 12:28 Asia/Baku
  • Çili də beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır

Çili Cənubi Afrikanın xunta İsrail rejiminin Qəzzə zolağındakı hərəkətləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi iddiaya qoşulmaq niyyətindədir.

TASS xəbər verir ki, bunu Çili prezidenti Qabriel Boric bəyan edib.

O deyib: “Biz İsrail ordusunun günahsız mülki şəxslərə, xüsusən də fələstinli qadın və uşaqlara qarşı ayrıseçkilik və tamamilə qeyri-mütənasib hərəkətlərinə qəzəbimizi ifadə etməyi dayandıra bilmərik. Bu hərəkətlər beynəlxalq ictimaiyyətdən qətiyyətli reaksiya tələb edir”.

Qeyd olunur ki, Çili lideri Xarici İşlər Nazirliyinə bütün lazımi sənədləri hazırlamağı tapşırıb.