"İsrail ilə diplomatik əlaqələrə qarşı milli intifazə"
Fələstin müqaviməti yeni intifazənin anonsunu verdi
Fələstin müqaviməti çərşənbə axşamını "sionist rejim ilə diplomatik əlaqələrin qurulmasına qarşı milli intifazə" günü elan etdi.
Səhər Azəri bildirir ki, Fələstin Xalq Müqavimətinin Vahid Rəhbərliyi çərşənbə axşamının Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin sionist rejim ilə diplomatik əlaqələr qurmalarına etiraz olaraq "Milli İntifazə" günü adlandırılmasını istədi.
Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin üzvü İzam Əl-Əhmədin Fələstin Xalq Müqavimətinin Vahid Rəhbərliyinin Əmirliklər və Bəhreynin sionist İsrail rejimi ilə diplomatik əlaqələr qurmasına reaksiya olaraq bəyanat yayacağını elan etməsinin ardınca, Fələstin Xalq Müqavimətinin Vahid Rəhbərliyi bu xüsusda bəyanat yayıb.
Bəyanatda çərşənbə axşamının işğalçı rejim ilə diplomatik əlaqələrin qurulmasına etiraz olaraq "Milli İntifazə" günü elan edilməsi istənilir.
Bəyanatda həmçinin deyilir: Bu addım bizim işğalçı, qatil və qaniçən rejimin bayrağının Manama və Əbu-Dəbidə rüsvayçı "sülh" anlaşmasını qəbul edənlərin başları üzərində dalğalanması ilə müxalifətimizin nişanəsi olmalıdır.