Sionist qüvvələri İordan çayının qərb sahilinə hücum edib
Sionist İsrail rejimi ordusunun qüvvələri növbəti dəfə olaraq İordan çayının qərb sahilinə hücum ediblər.
SəhərAzəri xəbər verir ki, Sionist İsrail rejimi qüvvələri cümə günü İordan çayının qərb sahilindəki Qəlqiliyə məntəqəsinin şərqindəki bir kəndə hücum ediblər ki h hücum nəticəsaində onlarla fələstinli yaralanıb.
Fələstinli mənbələrə görə, hücum zamanı sionist hərbçilər gözyaşardıcı qazdan istifadə ediblər ki bu da onlarla fələstinlinin tənəffüs sistemində problem yaradıb.
Hücum kənd sakinlərinin Sionistlərin davamlı məskunlaşmalarına etiraz zamanı baş verib.
Sionistlər öz hədəflərinə çatmaq üçün davamlı olaraq Fələstinin müxtəlif bölgələrinə hücum edib yalan iddialarla fələstinliləri həbs edirlər.
Hal hazırda İsrail həbsxanalarında təxminən 4800 fələstinli saxlanılır ki bunlardan 170 nəfəri uşaq, 39 nəfəri qadın və onlarla yaşlı insan var.