Sionist rejim polisi Ummulfəhmdə etirazçılara hücum edib
https://azeri.sahartv.ir/news/fələstin-i373834-sionist_rejim_polisi_ummulfəhmdə_etirazçılara_hücum_edib
Sionist polislər işğal olunmuş Ummulfəhm şəhərində etirazçılara hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2021 05:47 Asia/Baku
  • Sionist rejim polisi Ummulfəhmdə etirazçılara hücum edib

Sionist polislər işğal olunmuş Ummulfəhm şəhərində etirazçılara hücum ediblər.

SəhərAzəri xəbər verir ki, Sionist rejim polisi işğal olunmuş Fələstinin Ummulfəhm şəhərində etirazçılarla tam qəddarlıqla rəftar edib.

Onlar dinc etirazçılara qarşı basqın zamanı rezin güllələrdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər.

Ummulfəhm əhalisi yeddinci həftə dalbadal polisin cinayətkarlarla həmkarlığına etiraz olaraq, polis qərargahı qarşısında aksiya keçirmişdi.

Aksiyaçılar polisin cinayətkarlarla əlbirliyini ötən illər ərzində işğal olunmuş ərazilərdə yaşayan ərəblərdən yüzlərlə nəfərin öldürülməsi amili hesab edirlər.