"Qüdsün azadlığı yaxındır"
2021-ci il Beynəlxalq Qüds günü üçün şüar seçilib
"Qüdsün azadlığı yaxındır" şüarı builki Qüds Günü üçün nəzərdə tutulub.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslami Təbliğat Şurasının koordinasiya mərkəzinin sədr müavini Nüsrətullah Lütfi deyib ki, sosial şəbəkələrdə Beynəlxalq Qüds günü üçün fars, ərəb, ingilis dillərində haştaqlar da seçilib
O həmçinin qeyd edib ki, Ramazan ayının son cümə günü Aliməqamlı Rəhbər Ayətullahül-uzma Xamenei İslam ümməti ilə bir başa canlı danışacaq. Bu canlı çıxış televiziya, radio və sosial şəbəkələr vastiəsilə canlı yayımlanacaqdır.
Qeyd edək ki, 1982-ci ildə İmam Xomeyninin (r.ə) təşəbbüsü ilə Mübarək Ramazan ayının son cümə günü Qüds Günü elan olunub. Beynəlxalq Qüds günündə dünyanın müxtəlif ölkələrində müsəlmanlar, torpaqları işğal olunmuş və zülmə məruz qalmış Fələstin xalqına dəstək çıxaraq dolayısı ilə dünyada baş verən işğalçı siyasətə öz etirazlarını bildirirlər. Bu il Beynəlalq Qüds günü may ayının 7-nə təsadüf edir.