May 10, 2021 12:10 Asia/Baku
  • Şərqi Qüdsdə yenidən üsyan başlayıb

Son üç gündə Qüdsdə İsrail qüvvələrinin basqını zamanı 560 fələstinli yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən, sionist İsrail rejiminin polis və təhlükəsizlik qüvvələri Qüdsün qədim Şəhərində yerləşən Məbəd dağındakı iğtişaşların səhər saatlarında yenidən başladığını təsdiqləyib. İğtişaşlar Məbəd dağındakı Mərakeş qapısından başlayıb.  

Şərqi Qüdsdəki qarşıdurmalar bir neçə gündür davam edir. Qüdsdəki Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, bu gecə fələstinlilərlə İsrail polisi arasında baş verən qarşıdurmalarda 14 nəfər, son günlərdə isə ümumilikdə 500-dən çox fələstinli yaralanıb. 

Bildirilir ki, son üç gündə Qüdsdə xüsusilə də əl-Əqsa məcsidi və Şeyx-Carrah kvartalında İsrail qüvvələrinin təcavüzü zamamı 560 fələstinli yaralanıb. Onlarla fələstinli həbs edilib.

İsrailpolisi həmçinin qüvvələri Qüdsün şərqində nəzarət postlarının sayını kəskin artırıb.

Qeyd edək ki, bu gün BMT Təhlükəsizlik Şurası Qüdsdəki gərgin vəziyyətə görə toplantı keçirəcək.

Bildirək ki, Qüds şəhəri 1967-ci ildə qondarma rejim tərəfindən işğal edilib.

Teqlər