Təl-Əviv 6 ay raket atəşinin altında qala bilər
https://azeri.sahartv.ir/news/fələstin-i377029-təl_Əviv_6_ay_raket_atəşinin_altında_qala_bilər
Fələstinli mübarizlər İsrail rejiminin qarşısında geri çəkilmək niyyətində olmadıqlarını bildirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2021 12:05 Asia/Baku
  • Təl-Əviv 6 ay raket atəşinin altında qala bilər

Fələstinli mübarizlər İsrail rejiminin qarşısında geri çəkilmək niyyətində olmadıqlarını bildirirlər.

SəhərAzəri-nin məlumatına əsasən, HƏMAS-ın hərbi qanadı “İzzəddin Qəssam Batalyonları”nın mətbuat xidmətinin rəhbəri Əbu-Ubeydə deyib. “Biz özümüzü dayanmadan altı ay ərzində Təl-əvivi raketlə vurmağa hazırlamışıq”

O bu gün Təl-Əviv istiqamətdə raketlərina atıldığını bildirib və qeyd edib ki, İsrailin paytaxtına edilən hücum bu gün sübh Qəzzadə əş-Şati qaçqın düşərgəsinə edilən hücuma və burada 11 uşaq və qadının şəhid olmasına bir cavabdır.

O vurğulayıb ki, İzzəddin Qəssam Batalyonları” özünü Təl-Əvivi altı ay boyunca raketlərlə intensiv hədəfə almaq üçün hazırlayıblar.

Bu arada İsrail mənbələri Təl-Əvivin böyük rayonlarından olan Ramat-Qana raketlərin düşdüyü və burada yanğın və dağıntıların olduğunu bildiriblər.