Sionist hərbçilərin fələstinli aksiyaçılara basqını
Sionist həbrçilərin Qəzzə zolağının cənubunda fələstinlilərin dinc aksiyasına qarşı hücumunda bir qrup insan yaralanıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, Sionist həbrçilər dünən axşamçağı və Qəzzə zolağının cənubunda yerləşən Rəfəh vilayətinin şərqində fələstinlilərin bu bölgənin mühasirəsinin davam etməsinə qarşı aksiyalarının beşinci gecəsində onlara hücum edib, bir qrup insanı yaralayıblar.
Bu aksiyada bir fələstinli gənc sionist hərbçilərin rezin güllə atəşi ilə sinə nahiyəsindən yaralanıb. İki fələstinli gənc də ayaqlarına qaz gülləsi qəlpəsinin dəyməsi nəticəsində ziyan çəkib. Onlarla fələstinli isə gözyaşardıcı qazla tənəffüs nəticəsində nəfəs çatışmazlığına düçar olub.
Müşahidəçilərin sözlərinə görə, Qəzzə zolağının şərqindəki səngərlərin arxasında və öz hərbi bazalarında yerləşən qəsbkar rejimin hərbçiləri və snayperləri aksiyada iştirak edən fələstinlilərə qarşı güllə və ya gözyaşardıcı qazdan istifadə ediblər. Belə bir halda, sionist rejim PUA-ları da bölgənin səmasında patrul keçiblər.
Aksiya beşinci gündür ki, Qəzzə zolağının cənubunda yerləşən Rəfəh və Xan Yunus vilayətlərində, Cəbaliya qəsəbəsi və Qəzzə şəhərinin şərqində keçirilir və indiyədək bir uşaq və bir gəncin şəhid olması, səksən nəfərin isə yaralanması ilə nəticələnibdir.
Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejimin quru, hava və dəniz mühasirəsi altındadır və bu bölgənin sakinləri bir çox problemlə üzləşirlər.