İki fələstinli şəhid edilib
https://azeri.sahartv.ir/news/fələstin-i386952-İki_fələstinli_şəhid_edilib
Bu gün səhər Nablusda və 1948-ci ildə işğal edilmiş ərazilərdə iki fələstinli şəhid edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2022 12:22 Asia/Baku
  • şəhid
    şəhid

Bu gün səhər Nablusda və 1948-ci ildə işğal edilmiş ərazilərdə iki fələstinli şəhid edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim hərbçiləri bu gün səhər qərb sahilində yeləşən Nablus şəhərinin şərqindəki Bəlatə düşərgəsinə basqın ediblər.

Bu düşərgədəki toqquşmalarda Nadir Heysəm Riyan adlı on yeddi yaşlı bir fələstinli şəhid edilib.

Digər bir fələstinli də sionist rejim qüvvələrinin atəşləri ilə Rahat şəhərində şəhid olub.

Bu fələstinli ilə sionist «Mista-arvim» qrupu arasında atışma qeyd olunan rayonda baş verib.

Digər tərəfdən, sionist rejim hərbçiləri bu gün qərb sahilinə qarşı basqınları zamanı bir neçə fələstinlini, o sıradan azad edilmiş əsirləri bir daha həbs ediblər.