Apr 20, 2022 14:36 Asia/Baku
  • Sionist hərbçilər yenidən Məscidül-Əqsaya hücum ediblər

Media mənbələri sionist rejim hərbçilərinin yenidən Məscidül-Əqsaya hücum etdiyini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Məyadin" telekanalının məlumatına görə, işğalçı qüvvələr müqavimət qruplarının xəbərdarlıqlarına məhəl qoymadan və ardıcıl bir neçə gün olaraq, bu gün, çərşənbə günü Məscidül-Əqsada olan fələstinlilərə hücum ediblər.

Xəbər mənbələri bildiriblər ki, sionist hərbçilər fələstinliləri Məscidül-Əqsadan çıxarmağa çalışıblar.

Son məlumatlar fələstinlilərin sionistlər qarşısında dayandığını və Məscidül-Əqsadan çıxmaqdan imtina etdiklərini göstərir. 

Bu elə bir haldadır ki, Fələstinin müqavimət qrupları sionist hərbçilər və qəsəbə sakinlərinin Məscidül-Əqsaya hər hansı hücumu və hörmətsizliyi barədə xəbərdarlıq ediblər.

Ötən cümə günündən etibarən və sionist hərbçilərin və mühacirlərin Məscidül-Əqsaya hücumundan sonra fələstinlilərlə sionistlər arasında gərginlik artıb. 

Teqlər