Apr 23, 2022 14:45 Asia/Baku
  • Məscidül-Əqsanın həyətində 50-dən çox fələstinli yaralanıb

Xəbər mənbələri sionist hərbçilərin Əl-Əqsa məscidinin həyətində fələstinlilərə hücumu nəticəsində 57 fələstinlinin yaralandığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, sionist hərbçilər və qəsəbə sakinləri mübarək Ramazan ayının əvvəlindən son üç həftə ərzində öz cinayətlərini kəskinləşdirərək, Məscidül-Əqsaya hücum edib, fələstinlilər və müsəlmanların müqəddəs məkanlarına qarşı hörmətsizlik edərək, yüzlərlə nəfəri şəhid edib, yaralayıb və ya həbs ediblər. 

"Əl-Qüds Əl-Ərəbi" qəzeti yazıb: "Dünən Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsanın həyətində sionist hərbçilərlə fələstinlilər arasında baş verən toqquşmada ən azı 57 fələstinli yaralanıb. 

Sionist hərbçilər, həmçinin Əl-Xəlil şəhərinin şimalındakı "Beyt Əmr" qəsəbəsinin girişində fələstinli gənclərə hücum ediblər. 

Məlumata görə, onlarla fələstinli sionist hərbçilərin atəş açması və ya gözyaşardıcı qazdan istifadəsi nəticəsində yaralanıb və bədən xəsarəti alıb. 

Həmçinin, işğal olunmuş Fələstindəki Umm Əl-Fəhm şəhərində İşa namazından sonra işğalçı hərbçilərin Məscidül-Əqsada fələstinlilərə hücumunu pisləmək üçün geniş aksiya keçirilib. 

Teqlər