İfratçı sionistlər Əl-Əqsa məscidinə kütləvi hücuma çağırıblar
https://azeri.sahartv.ir/news/fələstin-i391497-İfratçı_sionistlər_Əl_Əqsa_məscidinə_kütləvi_hücuma_çağırıblar
İfratçı sionistlər növbəti dəfə Məscidül-Əqsaya kütləvi hücumlara çağırıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 25, 2022 08:12 Asia/Baku
  • İfratçı sionistlər Əl-Əqsa məscidinə kütləvi hücuma çağırıblar

İfratçı sionistlər növbəti dəfə Məscidül-Əqsaya kütləvi hücumlara çağırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, "Fələstin İnformasiya Mərkəzi"nin məlumatına görə, "iddia edilən Süleyman Məbədi qrupları" kimi tanınan sionist qəsəbə sakinləri, bir daha sionist mühacirləri avqustun 7-də dırnaq arası məbədin dağıdılmasının ildönümündə işğal olunmuş Qüdsdəki Əl-Əqsa məscidinə hücum etməyə çağırıblar. 

Qəsəbə sakinləri öz internet saytları və sosial media səhifələri vasitəsilə ifratçı məskunlaşanları Əl-Əqsa məscidinə kütləvi basqınlar təşkil etməyə və bu məscidinin həyətlərində yəhudilik ayinlərini yerinə yetirməyə çağırıblar. 

Sionistlərin Məscidül-Əqsaya hücumu elə bir haldadır ki, onlar bu vaxta qədər məqsədlərinə çatmayıblar və son bir neçə ilin planlarına uyğun olaraq, Məscidül-Əqsada zaman və məkana bölgüsü apara bilməyiblər. Sionistlərin Məscidül-Əqsanın zaman və məkan bölgüsü ilə izlədikləri digər məqsəd də bu məscidin İslami mahiyyətini ondan almaq və onun yəhudiləşdirilməsi prosesini sürətləndirməkdir.