Avq 06, 2022 10:27 Asia/Baku
  • Sionistlərin hücumunda 15 fələstinli şəhid olub

Qəzzənin Səhiyyə Nazirliyi bildirib ki, sionist rejimin Qəzzəyə hücumu nəticəsində 15 fələstinli şəhid olub.

Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds batalyonlarının üzvlərindən ibarət Təysir Əl-Cobəri, Səlam Abid, Məhəmməd Əl-Buyək şəhid edilənlər arasındadır.

6 avqust saat 03:00-dək olan məlumata görə sionist rejimin Qəzzəyə hava hücumlarında 15 fələstinli şəhid olub, 55 nəfər isə yaralanıb. Yaralılar arasında 23 uşaq, 13 qadın var.

Fələstinli müqavimət qrupları da sionist rejimin hücumlarına cavab olaraq Təl-Əvivin cənub ərazilərini raketlə hədəfə alıblar.

Sionist rejim ordusu bir bəyanat yayaraq etiraf edib ki, İslami Cihad Hərəkatı tərəfindən Qəzzə zolağından 160 raket atılıb və onların sadəcə 60-ı dəmir günbəz sistemi vasitəsi ilə zərərsizləşdirilib və qalanı sionist sakinli qəsəbələrə düşüb.

Sionist rejimin müvafiq qurumları müqavimətin işğal olunmuş ərazilərə raket hücumlarında 8 sionistin yaralandığını bildiriblər.

Sionist rejimin Qəzzəyə təcavüzkar hücumları bir çox qruplar və ölkələr tərəfindən pislənilib.

 

Teqlər