Avq 07, 2022 16:05 Asia/Baku
  • Fələstin İslami Cihad Hərəkatının baş komandanı şəhid edilib

Fələstin İslami Cihad Hərəkatı sionist rejimin Qəzzənin Rəfəh şəhərinə endirdiyi zərbə nəticəsində yüksək səviyyəli komandirlərindən birinin şəhid olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin Qəzzə zolağına "Həqiqi Səhər" adlı hücumu cümə günü axşam saatlarından başlayıb və bu gününə qədər davam edir.

Fələstin Əl-Youm" xəbər agentliyinin məlumatına görə, bu gün səhər saatlarında 8 fələstinli şəhidin, o cümlədən İslami Cihad Hərəkatinin hərbi qanadı olan "Əl-Qüds" Briqadalarının cənub bölgəsi üzrə komandiri Xalid Əl-Mənsurun cənazəsi sionist rejimin ötən gecəki hücumlarının dağıntıları altından çıxarılıb.   

Fələstinin Səhiyyə Nazirliyi şəhidlərin sayının 6-sı uşaq olmaqla 32 nəfərə, yaralıların sayının isə 215 nəfərə yüksəldiyini açıqlayıb.

Fələstin İslami Cihad Hərəkatı və onun hərbi qanadı olan "Əl-Qüds" Briqadaları bəyanat yayaraq, Rəfəh şəhidlərinin, o cümlədən Xalid Əl-Mənsur və "Ziya Əhməd Əl-Müdəllil" və "Rəfət Saleh Şeyx Əl-Eyd" adlı müqavimət qrupunun daha iki döyüşçüsünün şəhadəti münasibətilə başsağlığı verib və bildiriblər ki, şəhid komandir Xalid Əl-Mənsurun qanı Qüds və Əl-Əqsanı müdafiə etmək üçün gedən döyüşü daha da alovlandıracaq. 

Qəzzə Şəhər Müdafiəsi Təşkilatı digər mümkün şəhidlərin tapılması üçün sionist rejimin dünən gecə Rəfəh şəhərinə zərbə endirdiyi məkanda axtarış əməliyyatını davam etdirir.

Sionistlərin törətdiyi cinayətin ardınca Fələstin İslami Cihad Hərəkatının Əl-Qüds Briqadaları da şənbə gecəsindən bu günə qədər öz raket və minaatanları ilə işğal olunmuş Fələstinin müxtəlif bölgələrini hədəfə alıblar.

İndiyədək İran, İraq, Səudiyyə Ərəbistanı, Türkiyə, Əlcəzair, Tunis, İordaniya, Qətər və Küveyt ölkələri bəyanat yayaraq, işğalçı sionistlərin Qəzzənin məzlum xalqına qarşı hücumlarını pisləyiblər. 

Teqlər