Fev 01, 2023 18:10 Asia/Baku
  • Fələstinlilər ABŞ dövlət katibinin bölgəyə səfərinə etiraz edirlər

Qəzzə zolağı və İordan çayının qərb sahilində fələstinlilər müqavimət qrupları və milli simaların dəvəti ilə nümayişlər keçirərək, ABŞ dövlət katibi Entoni Blinkenin bölgəyə səfərini pisləyiblər.

İordan çayının qərb sahilinin Ramallah şəhəri və Qəzzə zolağında onlarla fələstinli Fələstin bayraqlarını sionist rejimin cinayətlərini və ABŞ-ın bu rejimə hədsiz dəstəyini pisləyən plakatlar tutaraq, ABŞ və sionist rejim əleyhinə şüarlar səsləndiriblər. 

Fələstinli qruplar ABŞ hökumətinin işğalçı rejimə qarşı heç bir cəza tətbiq edə bilmədiyinə diqqət çəkərək,  işğalçı və faşist rejimlə mübarizə üçün vahid rəhbərliyin yaradılmasını tələb ediblər.

Bununla əlaqədar Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Mustafa Əl-Bərqusi bildirib ki, ABŞ hökuməti işğalçı rejimin tərəfindədir, lakin Fələstin millətini pulla almaq olmaz.

Blinkenin işğal olunmuş Fələstin və İordan çayının qərb sahilinə səfəri elə bir haldadir ki, sionist rejimin fələstinlilərə qarşı təcavüzləri nəticəsində son bir neçə gündə Fələstində vəziyyət gərgindir.

Teqlər