Apr 15, 2023 19:47 Asia/Baku
  • Yəhya Əs-Sənvar: Qüds və Məscidül-Əqsa İslam ümmətinin döyünən qəlbidir

Qəzza zolağında HƏMAS hərəkatının rəhbəri Beynəlxalq Qüds günü müasibətilə çıxışında Qüds və Məscidül-Əqsanın İslam ümmətinin qəlbində yaşadığını vurğulayaraq, gələn il Qüds gününü bütün fələstin xalqının sionist rejimin məhv olması ilə bərabər Əl-Əqsa məscidində qeyd edəcəklərinə ümidləndiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Mənbələrə görə, HƏMAS hərəkatının Qəzza zolağındakı rəhbəri Yəhya əs-Sənvar Ümumdünya Qüds Günü konfransında çıxışında deyib: “İran İslam Respublikası İmam Xomeyninin (r.ə) Qüdslə bağlı vəsiyyətini mümkün olan ən yaxşı halda həyata keçirib.”

Seyid Həsən Nəsrullahın Fələstinə və onun müqəddəs məkanlarına olan bağlılığını yüksək qiymətləndirən əs-Sənvar danışığında İslam və Ərəb ümmətinin bir-biri ilə ixtilafları olsa da, onlar Qüds məsələsində həmfikir olmaları məsələsinə də aydınlıq gətirib.

O daha sonra deyib ki, Fələstinin azad edilməsi istiqamətində ciddi səy göstərənlərin ilkin hədəflərindən biri ərəb və islam xalqlarının birliyi və onların harmoniyası məsələsi olmalıdır.

Qəzza zolağında HƏMAS hərəkatının rəhbəri, Məscidül-Əqsanı ziyarət edənlər qarşısında çıxış edən dedi: “Məscidül-Əqsada olanlar, əmin olun ki, siz bu millətin şərəfini qoruyursunuz. Düşmən Qəzzanı tərk etdiyi kimi yaşayış məntəqələrini də tezliklə tərk edəcəklər.

 

 

Teqlər