İyun 06, 2023 20:30 Asia/Baku
  • Levin istefa verəcəyi ilə hədələyib

Sionist rejimin başçıları arasında "məhkəmə islahatları" layihəsi ilə bağlı gərginlik davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, sionist "Maariv" qəzeti sionist rejimin ədliyyə naziri və məhkəmə dəyişiklikləri haqqında qanun layihəsini hazırlayanlardan biri olan "Yariv Levin"ə yaxın mənbələrə istinadən yazıb ki, Levin "Knesset nümayəndələrinin Ali Məhkəmənin Hakimlərinin Seçki Komitəsində təyin edilməsinə qədər" bu layihə ilə bağlı razılığ əldə olunmasa, istefa verəcəyi ilə hədələyib.

"Maariv" yazır ki, Levin hətta kabinetin buraxılması bahasına olsa belə, İsrail Məhkəmənin seçki komitəsində Knesset nümayəndələrinin hakim koalisiyanın üzvləri arasından seçilməsi üçün mübarizə aparmaq əzmindədir.

Sionist rejimin hakim koalisiyası məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsinə qarşı aylardır davam edən etirazları necə idarə etmək məsələsində ixtilaf və təfriqələrlə üzləşdiyi bir şəraitdə müxalifət koalisiyası da oxşar vəziyyətdədir və etirazçılar bu gün Knessetdəki müxalifət koalisiyasının lideri Yair Lapidin evi qarşısına toplaşıblar.

Teqlər