Quterreş sionist rejimin Ceninə qarşı hərbi təcavüzünü pisləyib
BMT baş katibi sionist rejimin Cenin düşərgəsinə qarşı hücumunu pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Antonio Quterreş deyib: İsrail rejimi aşkar şəkildə mülkilərə qarşı həddən artıq güc istifadə edibdir ki, bu da beynəlxalq qanunların pozulması sayılır.
O, İsrail rejimindən istəyibdir ki, işğalçı bir qüvvə kimi öz məsuliyyətlərinə sadiq qalsın.
Quterreş bu sözləri BMT qərargahında söyləyib.
O, deyib ki, Ceninlə bağlı xəbərləri müşahidə etməkdən son dərəcə narahat olub.
BMT baş katibi qeyd edib ki, terror hərəkətləri də daxil olmaqla mülkilərə qarşı bütün kobud hərəkətləri qətiyyətlə pisləyir.
Əlcəzirə telekanalının müxbiri/ onun/ sionist rejimin Cenin düşərgəsinə qarşı hücumunun hərbi cinayət sayılıb-sayılmaması barədə fikrini öyrənmək istəsə də, Quterreş bu sualı cavablandırmaqdan çəkinibdir.