İyul 30, 2023 15:30 Asia/Baku
  • “İsrail ordusunun süqutu başlayıb”

Sionist general etiraf edib ki, “İsrail, ordunun dağılmasının başlanğıcını gördüyümüz dramatik bir nöqtədədir.”

Sionist rejimin Təhlükəsizlik Araşdırmalar Mərkəzinin direktoru ehtiyatda olan general Tamir Hayman “İsrael Hayom” qəzetində dərc olunan məqaləsində bildirib ki, özünü yəhudi ordusu kimi təqdim edən ordunun dağılması İsrailin təhlükəsizliyi üçün ağır şərait yaradacaq. Bu çöküş əslində artıq başlayıb və ordunu siyasi diskursdan kənarda saxlamaq cəhdləri artıq mümkün deyil.

O, qeyd edib ki, bu gün İsraildə baş verən hadisələrin mərkəzində İsrail ordusudur və bu quruluşun həmin səhnədən kənarda dayanmasını gözləmək sadəlövhlükdür.

Sionist general məqaləsinin davamında yazıb: “Ordunun qüdrətinin sirri kor-koranə itaətdə deyil, könüllülük ruhunda və onun gücünü sağdan, soldan və mərkəzdən, dini və dünyəvidən təşkil edən bütün ünsürlərin mövcudluğu və birləşməsi bu gün ciddi təhlükə altında olan bir göstəricidir.”

Onun sözlərinə görə, İsrail ordusu əsgərlərin iştirakı olmadan dağılmaqdadır və heç bir üstünlüyü olmayan sıradan bir ordu olaraq qalacaq. Ordu çəkindirici gücünün sirrini itirir.

Uzun müddətdir ki, bu rejim ordusunda təhlükəli çöküşlə əlaqədar olaraq, rejimin sıx böhranları, xüsusən də məhkəmə səlahiyyətlərini məhdudlaşdıran qanunların qəbulu ilə bağlı formalaşan böhran haqda sionist rejimin generalları və hərbi ekspertlərinin xəbərdarlıqları kəskin şəkildə artmışdır.

 

 

Teqlər