İyul 30, 2023 15:38 Asia/Baku
  • On minlərlə insan məhkəmə dəyişikliklərinə etiraz olaraq, yenidən küçələrə çıxıb

Fələstinin işğal olunmuş ərazilərində 10 minlərlə sionist mühacir şənbə günü axşam Benyamin Netanyahu hökumətinə və onun Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran məhkəmə islahatları planına qarşı növbəti dəfə etiraz aksiyası keçirib.

Bu etirazlar geniş əraziləri əhatə edib, belə ki, həmin gecə Əl-Cəlil təpələri arasındakı ən ucqar bölgələdən tutmuş Təl-Əvivin mərkəzindəki magistral yola qədər bu etirazçıların şahidi olub.

Netanyahu və onun ifrat sağçı hökumətinin izlədiyi və birinci hissəsi ötən bazar ertəsi sionist rejim parlamentində təsdiq edilmiş məhkəmə islahatları planı sionist rejim daxilində görünməmiş böhrana səbəb olub və dərin sosial uçuruma gətirib çıxarıb.

Bu 30-cu həftədir ki, işğal olunmuş ərazilərin sakinləri küçələrə axışır. 

Etirazçılardan biri, yüksək texnologiya sektorunun mühəndisi deyir: "Bunun davam edəcəyi təqdirdə hamımız heç bir gələcək görmürük. Biz artıq bir deyilik, birliyimizi itirmişik".

Netanyahu hökumətinin planı bəzi ehtiyatda olan ordu qüvvələrinin də etirazına səbəb olub. Bu qüvvələr orduda könüllü xidmətdən imtina edəcəkləri ilə hədələyiblər.

Eyni zamanda sionist rejim ordusu xəbərdarlıq edib ki, ehtiyatda olan hərbçilərin uzun müddət xidmətdən imtina etməsi ordunun döyüş hazırlığına xələl gətirəcək və bunun nəticələrini kompensasiya etmək üçün uzun müddət lazım ola bilər.

Cümə günü İsrail Hərbi Hava Qüvvələrinin komandanı da xəbərdarlıq edib ki, bu rejimin düşmənlərinin mövcud siyasi böhrandan sui-istifadə etməsi və rejimin təhlükəsizliyinin təhlükə altına düşməsi ehtimalı var. 

Məlumatlar, Netanyahunun son günlər sionist rejim ordusunun Hərbi Kəşfiyyat Təşkilatından dörd məktub alıb ki, məhkəmə dəyişiklikləri nəticəsində cəmiyyətdə yaranan çatın İran, Hizbullah və sionist rejimin "digər düşmənləri" qarşısında çəkindirmə gücünə xələl gətirdiyi barədə ona xəbərdarlıq ediblər.

Teqlər