Nablusda bir fələstinli gənc şəhid edilib
Nablusun qərbində sionist rejim hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşma zamanı sionistlərin atəşləri nəticəsində bir fələstinli gənc şəhid edilib. Bu xəbəri fələstinli media mənbəyi verib.
Təhlükəsizlik mənbələri sözügedən toqquşmanın detalları barədə bildiriblər ki, qəsbkar rejim hərbçiləri bu gün səhər Nablusun qərbində yerləşən «Zavata» bölgəsinə basqın ediblər. Nəticədə onlarla/ fələstinlilər arasında toqquşma baş verib.
Bu mənbələr həmçinin xəbər veriblər ki, sionist hərbçilərin fələstinli gəncələrə açdıqları atəşlər nəticəsində iyirmi yeddi yaşlı Əmir Əhməd Məhəmməd Xəlifənin başına güllə dəyib və o, şəhid olubdur.
1948-ci ildə işğal olunmuş ərazilərin kənarında yerləşən Qüds şəhəri və İordan çayının qərb sahili/ xüsusən son aylar ərzində/ günü-gündən artan anti-sionist əməliyyatların şahidi olublar. Bu məsələ/ sionist hərbçilərin/ sionist qəsəbə sakinlərinin təhlükəsizliklərini təmin etmək sahəsində aciz qalmalarına səbəb olub.
Sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinə cavab olaraq keçirilən bu əməliyyatlarda bir qrup sionist qəsəbə sakini öldürülüb və ya yaralanıbdır.