Okt 18, 2023 13:12 Asia/Baku
  • Livan Hizbullahı sionist İsrailin ağlasığmaz cinayətinə reaksiya verdi

“İsrail rejiminin törətdiyi bu dəhşətli cinayət insanlıq üçün utancdır”

Livan Hizbullah Hərəkatı sionistlərin Qəzzə şəhərindəki Əl-Əhli xəstəxanasında xəstələrin və yaralıların öldürülməsi ilə nəticələnən ağlasığmaz cinayətinə reaksiya verib.

Livan Hizbullahı öz bəyanatında Qəzzədə törədilən dəhşətli və ağlasığmaz cinayəti kəskin şəkildə pisləyib.

Bəyanatda deyilir: “Qəzzə xəstəxanasında cinayətkar İsrail rejiminin törətdiyi bu dəhşətli cinayət insanlıq üçün utancdır. Bu qətliam qəsbkar cinayətkar rejimin mövcudluğundan bəri Deyr Yasin, Hula, Səbra və Şətiladan başlayaraq Qanadakı iki qırğına və digər cinayətlərə qədər həyata keçirilən qırğınların davamıdır. Və qəsbkar rejimin və onun Şeytanın himayədarının əsl cinayətkar simasını ortaya qoyur”.

Bəyanatda qeyd olunur ki, “xunta rejimini qınamaq kifayət deyil, biz ərəb və İslam dünyasını dərhal hərəkətə keçməyə, xalqları öz hökumətlərinə təcili addım atmaları üçün təzyiq etməyə və qəzəblərini ifadə etmək üçün küçə və meydanlara çıxmağa çağırırıq”.

Livan Hizbullahı bu bəyanatın sonunda oktyabrın 18-I çərşənbə gününü sionist rejimin cinayətlərinə və ABŞ prezidenti Co Baydenin işğal olunmuş Fələstinə səfərinə qarşı qəzəb günü elan edib. Bildirilir ki, bu gün və gələcək günlər Müqavimət və Qələbə kimi tarixə düşməlidir.

 

 

Teqlər