Okt 22, 2023 12:38 Asia/Baku
  • Bütün müsəlman xalqlar sionistlərə qəzəb püskürür

Qəsbkar sionist rejimin fələstinli müsəlmanlara qarşı son cinayətləri müsəlman xalqları qəzəbləndirib. Məhz buna görə də işğalçı rejim bu rejimin pasportunu gəzdirənləri müsəlman ölkələrə səfərdən çəkinməyə çağırıb.

Qeyri-qanuni rejimin Təhlükəsizlik Şurasının bəyanatında bildirilir ki,Misir və İordaniya üçün həyəcan siqnalı 4-cü dərəcəyə (yüksək təhlükə - red) yüksəlib və cinayətkar rejimin pasportunu gəzdirənlərə bu ölkələri dərhal tərk etmək çağırışı edilib.

Bəyanatda Mərakeş,Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn də daxil olmaqla, bütün Yaxın Şərq və ərəb ölkələrində qalmamaq tövsiyə olunub.

Bundan əlavə, Malayziya, Banqladeş, İndoneziya və Maldiv adaları kimi ölkələrə səyahətdən çəkinməyi tövsiyə edilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qəsbkar rejim dövlətləri ilə münasibət qurduğu müsəlman ölkələr barədə də xəbərdarlıq edib. Azərbaycan Respublikası da daxil olmaqla bu ölkələrin xalqlarının Qəzzədə sionistlər tərəfindən törədilən cinayətlərə görə son dərəcə qəzəbli olduqları nəzərə alınaraq bu ölkələr barədə də həyəcan siqnalı səsləndirib. 

Qeyd edək ki, oktyabrın 7-dən başlanan hücumlar nəticəsində Qəzzədə 4 mindən çox mülki insan o sıradan 1661 uşaq cinayətkar sionist rejim tərəfindən şəhid edilib.

Ümumdünya uşaqları müdafiə hərəkatının bildirdiyinə görə hər gün 120 uşaq Qəzzəyə qarşı hücumlarda şəhid edilir.

Fələstin muxtariyyətinin Vəqf Nazirliyi də bir məlumatda bildirib ki, işğalçı sionist rejimin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlar zamanı Qəzzada 26 məscid tamamilə dağılıb.

 

Teqlər